Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 16:23

Lavrov Vaşinqtona gedir


Mike Pompeo (solda) və Sergei Lavrov, arxiv fotosu

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Vaşinqtona səfər edərək Dövlət katibi Mike Pompeo ilə görüşəcək. Bu haqda Dövlət Departamenti dekabrın 9-da qısa açıqlama yayıb.

Bəyanata görə, iki baş diplomat “bir sıra regional və ikitərəfli məsələləri müzakirə edəcəklər”.

“The Washington Post” və AP dekabrın 6-da aparıcı ABŞ rəsmilərinə istinadla yazıblar ki, tərəflər birgə mətbuat konfransı da keçirəcəklər.

Onların Ukrayna, Suriya, silahlara nəzarət, gərgin səviyyədə olan ABŞ-Rusiya münasibətlərinə dair digər məsələləri müzakirə edəcəkləri bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova daha öncə demişdi ki, Lavrovun səfəri dekabrın 10-na planlaşdırılır, ancaq detalları açıqlamamışdı.

Pompeo ilə Lavrov son bir ildə bir neçə dəfə görüşüb, bir neçə dəfə telefonla danışıblar.

Lavrovun səfər zamanı Prezident Donald Trump ilə görüşüb-görüşməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG