Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:18

Honq Konqda etirazlar davam edir


Honq Konq, 1 dekabr, 2019-cu il

Bu həftə beş gün ərzində Honq Konqda ikisaatlıq antihökumət etirazları planlaşdırılır. Dekabrın 1-də keçirilən nümayişdən sonra belə bir qərar verilib. Polis dünən minlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Həftəsonu nümayişi demokratik cəbhənin hələ də adamları bir yerə toplaya bildiyini göstərir. Axı, bir həftə öncə demokratlar əsasən simvolik sayılan yerli seçkilərdə üstünlük qazanmışdılar.

Altı aya yaxındır Honq Konqda etirazlar davam edir. Etirazçılar ilkin olaraq ekstradisiya qanununa qarşı çıxırdılar, sonradan tələblər genişləndi.

Dünənki nümayişdə etirazçılar “zəmanəmizin inqilabı”, “Honq Konqu azad et” qışqırıblar.

Noyabrın 24-də keçirilən seçkidə demokratik qüvvələr 18 dairə şurasından 452 yerin çoxunu əldə ediblər.

Bu şuraların qanunvericilik qəbul etmək gücü olmasa da, yol, məktəb tikintisi kimi yerli qərarların verilməsində məşvərətçi orqan rolunu oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG