Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:02

Ekologiya Nazirliyi 'Jalə'nin bağlanmasını tələb edir


Gilan Tourism

Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Gilan Holding»ə daxil olan «Jalə» İstirahət Mərkəzinin bağlanmasını tələb edir. Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bundan ötrü məhkəməyə üz tutub.

Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddiaya baxmaqdan imtina edib, ərizəni geri qaytarıb.

İddia ərizəsində cavabdeh kimi «Jalə» İstirahət Mərkəzinin icraçı direktoru Amil Məmmədovun adı göstərilib. Tələb kimi isə istirahət mərkəzinin fəaliyyətinin dayandırılması qeyd olunub.

Hakim Vəfa Əzizova qərarında yazır ki, əgər tələb istirahət mərkəzinin bağlanmasıdırsa, cavabdeh qismində də bu hüquqi şəxsin (obyektin) özü göstərilməlidir. İddia ərizəsiylə bağlı tələblərə əməl olunmadığı əsas gətirilərək, ərizəyə baxılmayıb.

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xaçmaz rayonu, Nabran qəsəbəsindəki istirahət mərkəzlərində keçirilən reydlərin nəticəsini açıqlamışdı. Ekologiyaya ziyan vuran obyektlər sırasında «Jalə»nin də adı çəkilmişdi. Nazirlik iddia edirdi ki, bu istirahət mərkəzindən məişət-çirkab suları təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır.

«Gilan Holding»in fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus olduğu bildirilir.

Ötən il Britaniyanın «The Guardian» qəzeti iddia edirdi ki, Azərbaycanda ən böyük şirkətlərdən olan «Gilan Holding»in yarısı İlham Əliyevin qızlarınındır. Bu şirkətin bankçılıq, tikinti, turizm, kənd təsərrüfatı sektorlarında, «Qəbələ» futbol klubunda maraqları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG