Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

‘Gilan’ şirkətlər qrupuna bağlı holdinq qurulub


Gilanholding.com-dan screenshot

Vergilər nazirliyi yeni yaradılmış holdinq haqda məlumat verib. Məlumatların təhlili göstərir ki, bu şirkətin «ayaqları» ölkənin çoxsaylı şirkətlərinə sahib olan «Gilan Holding» MMC-yə gedib çıxır.

«GP Cotton Holdings» MMC «Gilan Holding» Şirkətlər Qrupunun Bakıda, Nəriman Nərimanov prospektindəki baş ofisində yerləşir. Onun kapitalına ilkin olaraq 1 milyon manat qoyulub. Rövşən Həsənov bu yeni holdinqə direktor təyin olunub.

Buna da bax:​ «Gilan Holding»in Bakıda 7 milyardlıq maliyyə mərkəzi tikmək planı var

Kənd təsərrüfatı sektoruna aid 7 şirkət

2016-cı ildə firma adında «GP» hərf birləşməsini daşıyan yeddi şirkət («GP STOCK FEED» «GP SOY PROCESSİNG», «GP FUZULI COTTON», «GP IMISHLI COTTON», «GP STURGEON FARM», «GP ALPHA GREENHOUSE», «GP QUBA ORCHARD» MMC-lər) yaradıldı. Bu şirkətlərdən birinə «MKT İstehsal və Kommersiya» şirkətlər qrupunun direktoru, Eldəniz Quliyev rəhbərlik edir. Bu şəxs həm də «Gilan Cotton and Grain», «MNK», «Gilan Orchard» şirkətlərini yönəldir.

Bütün yollar «Gilan Holding»ə aparır

Adının çəkilməsini istəməyən, «Gilan Holding»ə yaxın mənbə AzadlıqRadiosuna deyib ki, adıkeçən şirkətlər həqiqətən bu şirkətlər qrupunun aqrar bölməsinə daxildir və holdinq tərəfindən yönəldilir. Məsələn, məlumdur ki, «GP Alpha Greenhouse» MMC Salyan rayonu, Kürsəngi kəndində 5 hektar ərazidə tikilən istixanada kənd təsərrüfatı məhsulları yetişdirir. Lakin mənbə faktiki təsisçilər barədə bilgi verə bilməyib. Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bu şirkətlərin bir neçəsi «Gilan Holding» MMC-nin törəməsi kimi təqdim olunur.

Buna da bax: 'Gilan Holding' yeni daşınmaz əmlak şirkəti qurub

«GP Cotton Holdings» MMC bu ilin iyulunda təsis olunub. Vergilər nazirliyi təsis məlumatlarını bu gün – oktyabrın 4-də açıqlayıb.

«Gilan Holding» pambıq istehsalı və emalı sahəsində fəaliyyət göstərən ən iri şirkətdir. Holdinqin iri əkin sahələri, 20-dək pambığın ilkin emalı zavodu, eləcə də Bakı, Gəncə və Sumqayıtda tekstil fabrikləri var. Hazırda o, Mingəçevirdə yeni tekstil parkının inşası ilə məşğuldur. Holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG