Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 05:17

İkiaylıq qızını öldürən qadına 12 il həbs


Yulduz Haidarova

Belarusda məhkəmə ikiaylıq qızını öldürməkdə ittiham olunan türkmən qadına 12 il həbs cəzası kəsib.

Belarusun qərbindəki Brest Regional Məhkəməsi oktyabrın 31-də 29 yaşlı Yulduz Haidarova-nı körpəsini boğaraq öldürməkdə təqsirli bilib.

Haidarova bütün mümkün şikayətləri verəndən sonra hökm qüvvəyə minəcək.

Müstəntiqlər Brestdə kollec tələbəsi olan Haidarova-nın mayda, qızının cəsədi çay yaxınlıqda tapılandan sonra həbs olunduğunu deyirlər.

Qadın isə iddia edib ki, bir tanışın evində divanda yatarkən körpə onun altında qalaraq boğulub. Ancaq ittihamnaməyə görə, Haidarova qızını bilərəkdən öldürüb və cəsədini tullayıb.

XS
SM
MD
LG