Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 06:14

İran rusiyalı jurnalisti azad edir


Yulia Yuzik

İran rusiyalı jurnalist Yulia Yuziki naməlum səbəblərdən bir həftə saxladıqdan sonra azadlığa buraxıb. Rusiyanın Tehrandakı səfirliyi jurnalistin oktyabrın 10-da səhər artıq təyyarəylə Moskvaya göndərildiyini bildirib.

Səfirliyin mətbuat attaşesi Andrei Ganenko Yuzikin “özünü yaxşı hiss etdiyini” deyib.

Araşdırmaçı jurnalist oktyabrın 2-də Tehranda oteldə saxlanıb. O, sentyabrın 29-da Tehran aeroportuna çatan kimi pasportu müsadirə olunsa da, Rusiya səfirliyinə bu haqda məlumat verməyibmiş.

Səfərin məqsədi, həbsin səbəbləri açıqlanmayıb.

Jurnalistin keçmiş həyat yoldaşı, jurnalist Boris Voytsekhovsky sosial mediada yazıb ki, o, İsrailin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıqda ittiham olunub və buna görə 10 il həbs cəzasına məhkum edilə bilərdi.

38 yaşlı Yuzik “Komsomolskaya Pravda” qəzetinin Rostov bürosu, “Newsweek” jurnalının Rusiya nəşri üçün çalışıb.

O, araşdırma jurnalistikası üzrə layihələrdə çalışıb.

XS
SM
MD
LG