Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:49

50 iraqlı Bosniyadan qaytarılıb


Bosniya Herseqovinada məktəbdə miqrantlar

Bosniya-Herseqovina sərhədçiləri sentyabrın 26-da 50 iraqlını Sarayevo Beynəlxalq Aeroportundan qaytarıb. Onlar turist vizasıyla Türkiyədən gediblər.

Sərhədçilər belə bir qənaətə gəliblər ki, iraqlılar Bosniyadan Qərbi Avropa ölkələrindən birinə keçmək istəyiblər.

Qrup İstanbula qaytarılacaq, sərhəd xidmətinin bəyanatında deyilir.

Elə həmin gün Bosniyanın şərqində polisin təqib etdiyi avtomobil çevrilib, səkkiz miqrant xəsarət alıb.

Avropaya yol alan miqrantlar adətən Bosniyaya gedir, oradan AB üzvü Xorvatiyaya, daha sonra qərbə yollanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG