Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:12

ABŞ Rusiya təmsilçilərinə viza verməyib


Konstantin Kosachyov

Rusiya Birləşmiş Ştatları beynəlxalq öhdəliklərini pozmaqda, Nyu Yorkda BMT Baş Məclisində iştirak etməli olan nümayəndə heyətinə viza verməməkdə ittiham edib.

Bir rusiyalı deputat sentyabrın 24-də vizaların verilməməsini “azğın hərəkət” adlandırıb. Xarici işlər naziri Sergey Lavrovun sözçüsü isə deyib ki, durum ABŞ-ın Dövlət katibi Mike Pompeo ilə müzakirə olunacaq.

Vaşinqtonun bildirməsinə görə, Rusiya rəsmiləri vizaların verilməsi üçün gərəkən sənədləri təqdim etməyib.

“Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini pozub və özüm daxil olmaqla, rəsmi nümayəndə heyətinin bir sıra üzvlərinə vizanı vaxtında verməyib”, – Rusiya Federasiya Şurasının üzvü Konstantin Kosachyov deyib.

“Bu, biabırçı, azğın hərəkətdir, izahı, yaxud əsaslandırması yoxdur”, – o, sözlərinə əlavə edib.

Rusiya və Birləşmiş Ştatların münasibətlərində bir sıra məsələlər üzündən gərginlik yaşanır. Moskva Ukrayna ərazisinə təcavüz edib, ABŞ-da prezident seçkisinə müdaxilə iddiaları var, Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad rejimini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG