Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:08

Ermənistanın keçmiş polis rəisi ölü tapılıb


Haik Harutyunian-ın şübhəli intiharında istifadə olunduğu güman edilən tapança

Ermənistanın keçmiş polis rəisi Haik Harutyunian Yerevandakı evində ölü tapılıb, onun başından güllələnib.

Polisin sentyabrın 24-də AzadlıqRadiosu-na (RFE/RL) bildirməsinə görə, Harutyuniayn-ın cəsədi ötən gecə aşkarlanıb və ilkin təhqiqat intihar versiyasını araşdırır.

Harutyunian 2003-2008-ci illərdə baş polis rəisi, 2010-2014-cü illərdə isə penitensiar xidmət rəisi vəzifələrində çalışıb.

O, keçmiş prezident Robert Kocharian-a qarşı cinayət işində şahid idi.

Kocharian və daha üç keçmiş məmur 2008-ci ilin mart hadisələri ilə əlaqədar konstitusion quruluşu devirməkdə ittiham olunur. O zaman prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunmuş, toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

2018-ci ilin iyulunda həbs olunan Kocharian məhkəmə qərarları ilə iki dəfə həbsdən buraxılıb, sonradan prokurorların şikayəti əsasında yenidən həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG