Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:02

Özbək bloqerə azadlıq tələb edirlər


Nodirbek Hojimatov

ABŞ-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsi sentyabrın 16-da özbək bloqerə azadlıq tələb edib. Bloqer Nodirbek Hojimatov sosial mediada ölkə prezidentini tənqid etdiyi üçün 10 günlük həbsə məhkum edilib.

AzadlıqRadiosu (RFE/RL) və BBC-nin özbək xidmətini bloqerin sentyabrın 12-də həbs olunduğunu, Prezident Shavkat Mirziyoyev-in şərəfinə təhqir etməkdə suçlandığını xəbər verib.

Belə bir pozuntu üçün həbs nəzərdə tutulmayıb, 950 dollar cərimə var.

Hojimatov Facebook-da prezidentə açıq məktubunda iki yerli məmurla bağlı korrupsiya araşdırması aparmağa çağırırdı.

“Son illər Özbəkistan hakimiyyəti mətbuat azadlığı mühitini yaxşılaşdırmaq yönündə addımlar atıb. Ancaq bloqer Nodirbek Hojimatov-un həbsi tənqidi nitqə görə hələ də cəzanın qalması siqnalı göndərir”, – CPJ-nin Avropa və Orta Asiya proqram koordinatoru Gulnoza Said deyib və bloqeri dərhal azad etməyə çağırıb.

Hojimatov-un atası Radio Ozodlik-a söyləyib ki, yerli prokuror oğluna sosial mediada tənqidi postları ilə əlaqədar xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG