Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:01

Çexiya Baş nazirinə qarşı istintaqı dayandırmaq istəyirlər


Andrej Babis

Praqanın baş prokuroru Baş nazir Andrej Babis-ə qarşı dələduzluq ittihamı üzrə istintaqın dayandırılması qərarını dəstəkləyib.

Baş prokurorluq qərarını sentyabrın 13-də, istintaqı aparan prokurorluğun onu dayandırmaq qərarını nəzərdən keçirəndən sonra açıqlayıb.

Ancaq ölkənin baş prokuroru bu qərarı ləğv edə bilər.

Çexiya polisi Babis-in Avropa Birliyinin 2 milyon dollarlıq subsidiyalarından sui-istifadədə ittiham olunmasını tövsiyə edib.

Bu məsələ ölkədə 1989-cu ildən bəri ən böyük antihökumət etirazlarına səbəb olub, baş nazir parlamentdəki çoxluğunu itirib.

Söhbət AB-nin subsidiyalarının əvvəl Babis-ə məxsus olmuş, sonradan ailə üzvlərinə ötürülmüş şirkətlər qrupuna verilməsindən gedir. Agrofert konqlomeratı 250 şirkətdən ibarətdir. Subsidiyalar isə kiçik və orta biznes üçün nəzərdə tutulub.

Babis isə heç bir səhvə yol vermədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG