Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Dil qanununa etiraz olaraq özünü yandırdı


Albert Razin
Albert Razin

Rusiyanın Udmurtiya regionunun paytaxtında 79 yaşlı bir kişi özünü yandırıb və xəstəxanaya yerləşdirilib. https://www.idelreal.org/a/30156215.html

İnsident sentyabrın 10-da regionun paytaxtı İjevsk şəhərində, parlament binasının qarşısında baş verib. Bu gün parlamentə qalmaqallı dil qanunvericiliyinin müzakirəsi planlaşdırılırdı.

Albert Razin adlı həmin şəxs əlində iki plakat tutub: “Mənim dilim sabah öləcəksə, mən bu gün ölməyə hazıram” və “Mənim ata yurdum varmı?”

Onun vəziyyətinin ağır olduğu, bədəninin, demək olar, tamamilə yandığı bildirilir.

İstintaq Komitəsi təhqiqat başladıb.

Parlament iclasını təxirə salıb

Məlumatlara görə, insidentdən sonra Udmurt Dövlət Şurası iclasını təxirə salıb.

Fəlsəfə doktoru və udmurt fəalı olan Razin bir qrup yerli ekspertlə birlikdə Udmurtiya parlamentinə açıq məktub yazaraq sözügedən qanun layihəsini dəstəkləməməyə çağırmışdı.

Məktəblərdə “yerli dillər”in tədrisi qanunu ölkənin etnik azlıqlarından çoxunun təmsilçilərini qəzəbləndirib.

Rusiya Dövlət Dumasının ötən il təsdiqlədiyi bu qanun Rusiyanın qeyri-rus etnik qruplarının yaxşı təmsil olunduğu region və respublikalarında yerli dillərin məcburi tədrisinin dayandırılmasını nəzərdə tutur.

Həmin regionlardan etniklərin şikayətlərinə cavab olaraq Prezident Vladimir Putin 2017-ci ildə demişdi ki, uşaqlar ana dilləri olmayan dilləri öyrənməyə məcbur edilməməlidirlər.

Udmurt dili fin-uqor dilləri ilə yanaşı Ural dilləri qrupuna daxildir.

Udmurt icmasının təxminən 560 min üzvü var, əsasən Volqa regionu, Qazaxıstan və Estoniyada yaşayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG