Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:04

Qalmaqallı ‘ana dili’ qanunu Dumadan keçdi


Başqırdıstanda etiraz aksiyası, sentyabr, 2017-ci il

Rusiya Dövlət Duması məktəblərdə “ana dili”nin tədrisini nəzərdə tutan qanun layihəsini son oxunuşda qəbul edib. Bu layihə ölkənin etnik azlıqlarını qəzəbləndirmişdi.

İyulun 25-də qəbul olunmuş layihədə Rusiyanın etnik region və respublikalarında, qeyri-rus qrupların yaşadıqları bölgələrdə yerli dillərin məcburi tədrisinin ləğvi nəzərdə tutulur.

Prezident Vladimir Putin ötən il həmin regionlardakı etnik rusların şikayətlərinə cavab olaraq bildirib ki, şagirdlər doğma dili olmayan dilləri öyrənməyə məcbur edilməməlidir.

Bundan sonra həmin regionlarda məcburi dil fənləri ləğv olundu və bu da Rusiyanın Şimali Qafqaz, Volqa regionlarında, Sibirdə, Uzaq Şərqdə etirazlara səbəb oldu. Həmin ərazilərdə rus diliylə yanaşı yerli dillər də rəsmi statusu malik idi.

İndi qanun layihəsi Federasiya Şurasında səsə qoyulacaq, daha sonra imzalanmaq üçün Putinə göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG