Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 13:19

Honq Konqda fəallar zaminə buraxılıb


Joshua Wong və Agnes Chow məhkəmədən çıxırlar

Honq Konq polisi fəallar Joshua WongAgnes Chow-ya polis qərargahı qarşısındakı nümayişdə roluna görə ittiham irəli sürəndən sonra zaminə buraxıb.

Məlumatı avqustun 30-da fəalların siyasi partiyası olan Demosisto yayıb.

Partiyanın bildirməsinə görə, 22 yaşlı Wong metrostansiyasına gedərkən “zorla özəl mikroavtobusa oturdulub”.

“Biz, Honq Konq xalqı bu ağ terror və ədalətsizlikdən qorxaraq təslim olmayacağıq”, – Chow buraxılandan sonra Twitter-də yazıb.

Hər iki fəal başqalarını qanunsuz yürüşdə iştiraka təşviq etməkdə, qanunsuz yığıncaqda iştirakda ittiham olunur. Bu ittihamlar üzrə beş ilədək həbs cəzası kəsilə bilər.

Demosisto-nun baş katibi olan Wong həm də avqustun 21-də polis qərargahı qarşısında 21 avqust nümayişinin təşkilində ittiham olunur.

Honq Konqda iyunda başlanan antihökumət etirazları hər həftəsonu keçirilir, demokratiya tələbləri səsləndirilir. Yürüşlər zamanı yüzlərlə saxlanan olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG