Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:24

Bolton Moldovadadır


John Bolton və Maia Sandu

John Bolton artıq Maia Sandu ilə danışıqlar aparıb.

Birgə mətbuat konfransında Bolton Moldova hökumətinin korrupsiyaya qarşı tədbirlərinə dəstəyini bildirib. “Potensial ABŞ investorları və biznes tərəfdaşları üçün aşırı vacib sayılan antikorrupsiya kampaniyanıza ən yaxşı arzularımı bildirirəm”, – Bolton deyib.

Regionda və ondan kənarda real təhlükəsizlik problemləri mövcuddur. Birləşmiş Ştatlar Moldovanın suverenliyi və müstəqilliyinə güclü şəkildə inanır. Onun gələcəyini öz vətəndaşları müəyyənləşdirməlidir, xarici təsirlər deyil”, – Bolton vurğulayıb.

Sandu baş nazir postuna keçəndən korrupsiyayla mübarizə, Avropa Birliyinə inteqrasiya, Rusiyayla münasibətlərin normallaşmasını qarşısına məqsəd qoyub.

***

Avqustun 29-da ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton “təhlükəsizlik məsələləri”nin müzakirəsi üçün Moldovaya gedir. O, Ukraynada ikigünlük səfərdə olub. Proqrama Belarusa səfər də daxildir.

Boltondan öncə Kişinauya səfər edən ən yüksəkçinli ABŞ rəsmisi 2011-ci ildə keçmiş Vitse-prezident Joe Biden olub. Keçmiş dövlət katibləri Madeleine Albright 1994-cü ildə, James Baker isə 1992-ci ildə bu ölkədə olub.

Bolton deyib ki, hər iki ölkənin liderləri ilə “regional təhlükəsizlik məsələləri”ni müzakirə edəcək.

“Diplomatik və iqtisadi əlaqələrimizi möhkəmləndirməyi səbirsizliklə gözləyirəm”, – o, avqustun 29-da tvitində yazıb.

Bolton qərbyönlü Baş nazir Maia Sandu, həmçinin rusiyapərəst Sosialist partiyasından Prezident Igor Dodon-la görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG