Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

‘İnternetdə terrorçuluğu əsaslandırdığına’ görə həbs olundu


Moskvada internet azadlığı tələb olunan yürüş

Sibirin Tomsk şəhərində 23 yaşlı gənc internetdə “terrorçuluğu əsaslandırdığına” görə beş il həbsə məhkum edilib.

İstintaq Komitəsi avqustun 19-da bildirib ki, Tomsk sakini radikal islam tərəfdarıdır, VKontakte sosial şəbəkəsində təxəllüslə postlar yerləşdirib, Rusiyada terror aktlarına dəstək bildirib. Gəncin adı açıqlanmır.

Məhkəmənin gəncin iki il ərzində internetdən istifadəsini yasaqladığı da vurğulanır.

Rusiyanın xəbər agentlikləri isə onun Qazaxıstan vətəndaşı Ilya Kalinichenko olduğunu, Tomskda yerli klubda xokkey oynadığını xəbər verir.

Kalinichenko-nun anası jurnalistlərə qərardan apellyasiya şikayəti veriləcəyini deyib. Onun sözlərinə görə, oğlunun İnternet postlarında nə terrorçuluq dəstəklənib, nə də ona çağırış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG