Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 13:06

Trump: Xi etirazçılarla şəxsən görüşsün


Honq Konq yaxınlığında Çin ordusu

ABŞ Prezidenti Donald Trump Çin lideri Xi Jinping-i Honq Konqdakı etirazçılarla şəxsən görüşərək böhranı “xoşbəxt və bilgili şəkildə son qoymağa” çağırıb.

Trump bunu avqustun 15-də deyib. Həmin gün Pekin, dövlət mediası, Honq Konqun çinpərəst liderləri bildiriblər ki, Çin “itaətsizliyi dərhal yatırmağa” hazırdır və böhran “nəzarətdən çıxarsa”, “əlini qoynuna qoyub baxmayacaq”.

Trump jurnalistlərə deyib ki, “mərc gələrdim ki, Xi etirazlarla bir araya gəlsə... 15 dəqiqəyə məsələni yoluna qoyar”.

Ancaq onu da əlavə edib ki, “bilirəm ki, bu, onun edəcəyi iş deyil”.

Trump əlavə edib ki, tezliklə bu böhranı, eləcə də iki ölkənin ticarət mübahisəsini Xi ilə müzakirə edəcək.

Çinin dövlət mediası avqustun 16-da bildirib ki, Pekin Honq Konqdakı etirazları yatırtmalı olarsa, Tiananmen Meydanı hadisələri “təkrarlanmayacaq”.

“Honq Konq insidenti 1989-cu ilin 4 iyun siyasi insidentini təkrarlamayacaq”, – qəzet baş məqaləsində yazıb.

O zaman Tiananmen meydanında antihökumət etirazlarına qanlı divantutma indinin özündə də Çində tabu mövzu sayılır.

Honq Konqda son günlər etirazçılarla polis qarşı-qarşıya gəlib, aeroport iki gün işləməyib.

Çinin bir hissəsi olan Honq Konq daha böyük muxtariyyətə malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG