Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Taliban danışıqların bitdiyini deyir


Qətərdə sülh konfransı, arxiv fotosu
Qətərdə sülh konfransı, arxiv fotosu

Avqustun 12-də Əfqanıstan danışıqlarının səkkizinci raundu başa çatıb. Birləşmiş Ştatlar və Taliban liderləri ilə məsləhətləşəcəklər. Bunu “Reuters” agentliyi Talibana istinadla yayıb.

Danışıqlar Qətərdə keçirilib. ABŞ əsgərlərinin Əfqanıstandan çıxacağına, bunun əvəzində bu ölkənin daha yaraqlıların sığınacağı, xaricə terror hücumlarının bazası kimi istifadə olunmayacağına ümid yaranıb.

“Uzun və faydalı danışıqlar oldu, tərəflər növbəti addımlarla bağlı liderləri/böyükləri ilə məsləhətləşəcəklər”, – Talibanın sözçüsü Zabihullah Mujahid bəyanatında deyib.

ABŞ rəsmiləri, hələlik, xəbəri şərh etməyib.

Zalmay Khalilzad (solda)
Zalmay Khalilzad (solda)

Ancaq ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad avqustun 11-də tvitində yazmışdı ki, “Əfqanıstan müharibəsinin bütün tərəfləri, biz sülhə can atdığımız bir məqamda Qurban bayramında ciddi düşünməlidir”.

Khalilzad daha bir tvitində yazırdı ki, “ümid edirəm, bu, Əfqanıstanın müharibə etdiyi sonuncu Qurban bayramıdır”.

Prezident Ashraf Ghani isə 11 avqust razılaşmasını sual altına alıb, deyib ki, ölkənin gələcəyini kənar qüvvələr deyil, öz xalqı müəyyənləşdirməlidir. O, sülhün yalnız “Əfqanıstan İslam Respublikası ilə Taliban hərəkatı” arasında mümkün olduğunu vurğulayıb.

Taliban indiyədək Əfqanıstan hökuməti ilə danışıqlardan imtina edib, onu “oyuncaq rejim” adlandırıb.

Avqustun 6-da silahlılar 28 sentyabr prezident seçkisini “biabırçılıq” adlandırıb, əfqanları seçki kampaniyası tədbirlərindən, səsvermədən uzaq durmağa çağırıb, belə toplantıların hədəfə alınacağını bildirib.

Vaşinqton isə sentyabrın 1-dək sülh razılaşmasının əldə olunmasını istəyir. ABŞ-ın bəzi rəsmiləri eyham vurublar ki, sülh razılaşması əldə olunarsa, Talibanın qoşulacağı aralıq hökuməti formalaşarsa, prezident seçkisi təxirə salına bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG