Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Yaralanan sərhədçi əməliyyat olunub


Sərhəd Qoşunlarının Komandanı Ə.Xəlilov yaralı hərbi qulluqçuya baş çəkib

Üç gün öncə, iyulun 31-də yaralanan Azərbaycan sərhədçisi avqustun 1-də cərrahiyyə əməliyyatından keçib.

Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün, iyulun 2-də yaydığı məlumata görə, hal-hazırda onun vəziyyəti qənaətbəxşdir: «Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub».

DSX bildirir ki, Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.

DSX-nın bir neçə gün öncə yaydığı məlumatda bildirilirdi ki, iyulun 31-də saat 16:40-da Azərbaycan mövqeləri Ermənistan tərəfdən atə­şə tutulub. «Atışma zamanı xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanıb», - DSX vurğulayırdı.

Bu hadisə ərəfəsində də Azərbaycanla Ermənistan sərhədindən həyəcanlı xəbərlər eşidilməkdə idi. İyulun 27-də və 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə təxribat olduğunu açıqlamışdı. Həmin açıqlamalarda qeyd edilirdi ki, döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi, hərbi tibbi yardıma aid avtomobillər atəşə tutulub.

DSX iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.

Ermənistan tərəfi isə iyulun 28-də Azərbaycan tərəfdən açılan atəşdən bir əsgərinin öldüyünü bildirmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG