Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 02:12

Çirkli çimərliklər artıb


Bakının ən təhlükəli çimərliyi
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Bakının ən təhlükəli çimərliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqustun 1-nə kimi Azərbaycandakı çimərlik ərazilərində suyun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb.

Bunu nazirliyin mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, budəfəki təhlillərin nəticələrinə görə, Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirkli çimərliklər sırasına aid edilib.

«Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir»,-nazirlik qeyd edir.

Məlumatda vurğulanır ki, əvvəlki monitorinqdən fərqli olaraq, Buzovna və Şüvəlan çimərliklərinin bu dəfə normalara cavab verməməsinə səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, tullantı sularının düzgün idarə edilməməsi və dənizə (Xəzərə) axıdılmasıdır.

Multimedia

XS
SM
MD
LG