Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:33

Elçin Quliyev sərhəd bölgəsində olub


E.Quliyev Ermənistanla sərhəd bölgəsində

İyulun 29-u və 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədindəki mövqelərinə baş çəkib.

Bu barədə Xidmətin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, o, sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti fəaliyyətini yoxlayıb və onların yaşayış şəraitinə baxış keçirib.

Məlumatda o da qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə xidməti müşavirə keçirilib. Orada dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verildiyi bildirilir.

Son günlər Azərbaycanla Ermənistan sərhədindən həyəcanlı xəbərlər eşidilməkdədir.

İyulun 27-də və 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə təxribat olduğunu açıqlamışdı. Həmin açıqlamalarda qeyd edilirdi ki, son günlər döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi, hərbi tibbi yardıma aid avtomobillər atəşə tutulub.

DSX iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.

Ermənistan tərəfi isə iyulun 28-də Azərbaycan tərəfdən açılan atəşdən bir əsgərlərinin öldüyünü bildirib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG