Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:13

Azərbaycan birləşmək azadlığına görə cərimələnib


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 25-də «Cəfərov və digərləri Azərbaycana qarşı» işi üzrə qərarını açıqlayıb.

«Turan» agentliyinin xəbərinə görə, AİHM ərizəçilərin Avropa Konvensiyasının 11-ci (birləşmək azadlığı) maddəsində zəmanət verilən hüququnun pozulduğu qənaətinə gəlib və onlara ümumilikdə 4500 avro məbləğində pul təzminatı verilməsi barədə qərar çıxarıb.

Şikayəti vətəndaş cəmiyyəti fəalları Rəsul Cəfərov, Emin Hüseynov Səbuhi Qafarov verib. Qeyd edilən şəxslər şikayət ediblər ki, Azərbaycanda onların 2011-ci ildə hüquq-müdafiə fəaliyyəti həyata keçirmək məqsədilə təsis etdikləri İnsan Hüquqları Klubu qeydiyyata alınmayıb.

Sənəddə qeyd edildiyinə görə, yekun imtina səbəbi kimi təşkilatın sənədlərində qanuni nümayəndəsinin səlahiyyətlərini göstərə bilməməsi əks olunub. Yerli məhkəmələr də təsisçilərin təşkilatlarının qeydiyyatından imtina ilə bağlı şikayətlərini təmin etməyib.

R.Cəfərov 2014-cü ildə iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Sonradan o, prezidentin imzaladığı əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb. S.Qafarov E.Hüseynovun isə təqiblərə görə ölkəni tərk etdikləri qeyd olunur.

Qərara görə, məhkəmə xərclərinin ödənilməsi üçün onlara əlavə olaraq 2040 avro ödənilməlidir.

AİHM-ın bu qərarına, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Amma Ədliyyə Nazirliyinin təmsilçiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyatı ilə bağlı hər hansı süründürməçilik və əsassız maneələrə yol verilmir. Üstəlik, rəsmilərin açıqlamalarına görə, ölkədə heç kim tənqidi mövqeyi və dinc, sivil fəaliyyəti ilə bağlı təqib edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG