Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Bakıda külək, dağlarda yağıntı gözlənir


Yağış

İyulun 25-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi, arabir onun güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG