Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:17

Q.Qurbanov: 'Orta xətdə təhlükəli futbolçuları var'


Q.Qurbanov

Futbol üzrə Azərbaycan çempionu «Qarabağ» bu gün, iyulun 24-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Səfər qarşılaşmasında onun rəqibi İrlandiyanın «Dundalk» klubudur. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov iyulun 23-də keçirdiyi mətbuat konfransında deyib ki, bütün fikirləri bu oyuna cəmlənib.

«Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xətdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla, bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq», - klubun saytının yaydığı məlumata görə, Q.Qurbanov deyib.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb. Səfər qarşılaşmasında qolsuz bərabərlik baş vermişdi, Bakıda keçirilən oyunda isə «Qarabağ» rəqibin qapısından iki cavabsız top keçirmişdi.

Qarabağ II və III təsnifat mərhələlərini də adlaya bilsə, UEFA Çempionlar Liqasının qruplarında mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG