Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 01:28

'Neftçi' Moskvaya uçuşda yubanır


Təyyarə

Təyyarə 5 saat ləngimədən sonra yola düşüb

«Neftçi» klubunun futbolçularının da yer aldığı Bakı-Moskva təyyarəsi uçuşa başlayıb.

Verilən məlumatına görə, AZAL-a məxsus təyyarənin uçuşu 5.5 saatlıq ləngimədən sonra gerçəkləşib.

+++

Tulanın «Arsenal» klubu ilə qarşılaşacaq Bakının «Neftçi» klubu Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

Bu barədə iyunun 24-də «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) bildiriblər.

Verilən məlumata görə, Bakı hava limanından saat 06:50-də uçmalı olan Bakı-Moskva reysindəki təyyarədə texniki problem aşkarlanıb.

Məlumatda vurğulanır ki, təyyarənin dəyişdirilməsi nəzərdə tutulur və bununla bağlı uçuşun bir müddət yubanacağı gözlənir.

«Neftçi» UEFA Avropa Liqasında təsnifat mərhələsində çıxış edir. Onun II təsnifat mərhələsində rəqibi Tulanın «Arsenal» klubudur.

İlk oyun səfərdə iyulun 25-də keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda gerçəkləşməlidir.

«Neftçi» klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində rəqibi Moldovanın «Sperantsa» klubu olmuşdu. «Neftçi» rəqibi səfərdə 0:3, doğma divarlar arasında isə 6:0 hesabı ilə məğlub etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG