Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Beş ildə 1211 şəxs Azərbaycana qaytarılıb


Hava limanı

«2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1211 şəxs readmissiya edilib. 2019-cu ildə Azərbaycana 239 şəxs readmissiya olunub».

Bu barədə iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin 6 ayın yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Readmissiya - razılığa gələn tərəflərin ərazisinə daxil olma, qalma və ya yaşama şərtlərinə əməl etməyən şəxsin həmin ölkə tərəfindən ötürülməsi və vətəndaşı olduğu ölkə tərəfindən geri qəbulu deməkdir.

Rəisin sözlərinə görə, readmissiya, əsasən, Avropa ölkələrindən olub.

«Bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edə bilməyiblər», - o qeyd edib.

Komitə sədri daha sonra əlavə edib: «Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunub».

Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, 2019-ci ildə Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub.

Azərbaycandan xaricə gedən şəxslərin statistikası isə açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG