Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:10

BŞBPİ: ‘AXH-nın məlumatı həqiqəti əks-etdirmir’


Polis

Azərbaycan Xalq Hərəkatının qərərgahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, polis əməkdaşları ofisdə hər hansı axtarış aparmayıb. Elşad Hacıyev vurğulayıb ki, ofis icarədar tərəfindən boşaltmaqla qapadılıb.

Onun sözlərinə görə, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi onu etibarnamə əsasında Binəqədi rayon sakini 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verib:

“O da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan Hüseyn Əliyev bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə icazəsiz yığıncaq keçirdiyini öyrənərək oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan Hüseyn Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə Hüseyn Əliyev polisə müraciət edib".

Elşad Hacıyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Amma bu açıqlamaya, hələlik, ofisinin sahibi və icarədarın münasibətini öyrənmək mümkün olmayıb.

***

«İyulun 15-dә polisin saxladığı Azərbaycan Xalq Hərəkatının (AXH) bütün üzvləri sərbəst buraxılıb».

Bunu AzadlıqRadiosuna Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Onun qeyd etməsinə görə, saxlananları elә yolda polis maşınında siyahıya alıb buraxıblar.

A.Şakiroğlu əlavə edib ki, Yasamal rayonu ərazisində yerləşən ofislərinin qapısına da möhür vurulub.

Bu məlumata, hələlik, hüquq-mühafizə orqanlarından hər hansı münasibət almaq mümkün olmayıb.

+++

Bu gün, iyulun 15-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclasına imkan verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXH-yə daxil olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə, polislər Hərəkatın Yasamal rayonunda yerləşən qərargahına gәlәrәk ofisi boşaltmağı tələb ediblər.

A.Şakiroğlu әlavә edib ki, Yasamal Rayon Polis İdarәsinin əməkdaşları Hәrәkatın bəzi üzvlərini maşınlara otuzduraraq naməlum istiqamətə aparıblar.

Yasamal Rayon Polis İdarәsindәn isə «Turan» agentliyinə bildiriblәr ki, bu barədə heç bir məlumata malik deyillər.

Deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb.

Azәrbaycan Xalq Hәrәkatı 2019-cu il yanvarın 26-da tәsis edilib. Quruma bir sıra partiya və ictimai fəallar daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG