Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 09:11

Miyatoviç baş prokurorla görüşüb


D.Miyatoviç

Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda Baş Prokurorluq iyulun 11-də məlumat yayıb.

Məlumatda deyilir ki, Z.Qaralov Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə danışıb.

Baş prokuror məhkəmə-hüquq islahatlarının uğurla davam etdiyini, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırıldığını söyləyib.

Məlumatda deyilir ki, D.Miyatoviç Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkədə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.

D.Miyatoviç Bakıda olduğu müddətdə rəsmilərlə yanaşı, hüquqşünaslar, vəkillər, siyasi fəallar və hüquq müdafiəçiləri ilə görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG