Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:54

Putin AB ilə əlaqələri düzəltmək üçün İtaliyaya göz dikib


Vladimir Putin Vatikanda Papa Francis ilə görüşür

Rusiya Prezidenti Vladimir Putin deyir ki, İtaliyanın populist hökumətinin Avropa Birliyinin yeni rəhbərlərini Moskvaya sanksiyaları yüngülləşdirməkdən ötrü dilə tutacağına ümid edir.

“Ümid edirik, İtaliya öz mövqeyi barədə davamlı və aydın şəkildə danışacaq... Rusiya və Avropanın münasibətlərinin normallaşması üçün savaşacaq”, – Putin iyulun 4-də Romaya bir günlük səfəri zamanı mətbuat konfransında deyib.

Putin İtaliyanın Baş naziri Giuseppe Conte, Prezident Sergio Mattarella, Papa Francis ilə görüşüb. O, mətbuat konfransında deyib ki, Rusiya İtaliyanın AB və Moskvanın münasibətlərini yaxşılaşdırmağa çalışdığını görür, ancaq bu cəhdin Avropanın bəzi paytaxtları tərəfindən əngəlləndiyini də anlayır.

“Avropa ölkələri Rusiya bazarında milyardlarla dəyəri olan məhsul satmaq şansını qaçırıb. Bu, hamımız üçün itki deməkdir”, – Putin Conte ilə birgə mətbuat konfransında deyib.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Avropa Birliyinin sanksiyaları ilə üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG