Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

Rusiya Milli Qvardiyasının rəsmiləri ‘istefa verir’


Sergei Melikov
Sergei Melikov

Rusiya Milli Qvardiyasının bir neçə aparıcı rəsmisi, direktor müavinlərinin bir neçə günə istefa verəcəyi gözlənir. Bu haqda Rusiya mediası iyulun 1-də yazıb.

Məlumatlara görə, direktorun birinci müavini, general polkovnik Sergei Melikov artıq istefa ərizəsini yazıb.

Media orqanları adını çəkmədiyi mənbələrə istinadla yazır ki, Milli Qvardiyanın direktoru Viktor Zolotov müavinləri arasında vəzifələri yenidən bölüşdürmək qərarına gəlincə, Sergei MileikoSergei Zakharkin daxil bir neçə general istefaya getməyi planlaşdırır.

Viktor Zolotov
Viktor Zolotov

Melikov niyə gedir

“Kommersant” qəzeti yazır ki, Melikov-un əvvəllər çox geniş səlahiyyətləri vardı, son vəzifə bölgüsündən sonra sərəncamında yalnız xüsusi təyinatlılar, aviasiya bölmələri qalıb. Qəzet bunu istefanın mümkün səbəbi adlandırır.

Melikov-la birlikdə istefaya getdiyi bildirilən, təchizat məsələlərinə baxan Mileiko isə vaxtilə Şimali Qafqaz federal dairəsindəki nümayəndəlikdə Melikov-un müavini olub, sonra onunla birlikdə Rosqvardiyaya getdiyi bildirilir. Melikov-un istefasının daha bir səbəbi kimi onların çoxdankı tanışlığı göstərilir. Belə ki, qəzet öz mənbələrinə istinadla yazır ki, Rosqvardiyanın təchizat xidmətlərinin işilə əlaqədar iradlar yarananda Melikov keçmiş müavinini müdafiə etməyə çalışıb, alınmayınca istefa qərarı verib.

Prezident Vladimir Putin Milli Qvardiyanı (Rosqvardiya) 2016-cı ildə Daxili İşlər Nazirliyinin əsgərləri və digər təhlükəsizlik qüvvələrinin bazasında yaradıb.

Bu qüvvələr “sosial asayiş”in qorunması, “dövlətə təhdidlərin” önlənməsi, terrorçuluq və ekstremizmlə mübarizə, dövlət qurumlarının qorunması, region qubernatorlarının mühafizəsi məsələlərinə baxır.

Milli Qvardiya vətəndaşları saxlaya, sənədlərini yoxlaya, iğtişaşların qarşısını almaq məqsədilə əraziləri bağlaya bilər.

Media onların məkanı, ailə üzvləri barədə yaza bilməz.

Keçmiş metallurq, 2000-13-cü illərdə prezidentin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Zolotov-un başçısı olduğu Milli Qvardiya birbaşa prezidentə hesabat verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG