Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyul, şənbə, Bakı vaxtı 23:58

Rusiya Venesueladakı hərbi texnikləri rotasiya etdiyini deyir


Karakasda aeroportda Rusiya bayrağıyla təyyarə

Rusiya Venesueladakı hərbi texnikləri rotasiya etdiyini bildirir. Bundan öncə isə Prezident Nicholas Maduro hökuməti iddia olunan çevriliş cəhdini önlədiyini bildirib.

Rusiyanın Karakasdakı səfirliyi iyunun 26-da Facebook səhifəsində açıqlama yayıb.

Üç ay öncə Moskva Venesuelaya 100-dək hərbi ekspert göndərib. Bu addım Maduro-nu devirməyə çalışan Vaşinqtonu qəzəbləndirib.

Rusiya Maduro-nu dəstəkləyir.

“Son aylar Venesuelada olmuş rusiyalı texnikləri daşıyan Il-62 təyyarəsi iyunun 26-da Karakasdan Moskvaya yola düşür”, – Facebook postunda yazılıb.

Səfirlik daha öncə Twitter postunda yazırdı ki, təyyarə Rusiya avadanlığına texniki xidmət göstərən başqa bir komandanı bir gün öncə Venesuelaya aparıb.

Rusiya Venesuelaya yüzmilyonlarla dollarlıq silah satıb.

Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov isə deyib ki, Venesuelaya yeni texniklər aparılmır, “satış sonrası xidmət kontraktları icra olunur”.

Bir neçə aydır Venesuelanın müxalifət lideri Juan Guaido özünü prezident elan edib. Birləşmiş Ştatlar daxil 50-dən artıq ölkə onu dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG