Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:37

Keçmiş baş prokuror 10 illik həbsə məhkum edildi


Rashidjon Qodirov-un saxlanması xəbəri

Özbəkistanın keçmiş baş prokuroru Rashidjon Qodirov korrupsiya ittihamları ilə 10 illik həbs cəzasına məhkum edilib. Qərarı iyunun 26-da Daşkənd Şəhər Məhkəməsi çıxarıb. Qodirov rüşvət alma, pul qoparmaq, maliyyə fırıldağı, vergidən yayınma, ədalət mühakiməsini önləmə, çirkli pulyumada təqsirli bilinib.

Bu cinayət işi üzrə digər 12 təqsirləndirilən müxtəlif həbs cəzalarına məhkum ediliblər, ən uzunmüddətli cəza 19 il olub.

Qodirov 2018-ci ilin fevralında həbs olunmuş, pul qoparma, rüşvətxorluq, vəzifəsindən sui-istifadədə ittiham olunmuşdu. Məhkəmə yanvarda başlanıb.

Keçmiş baş prokuror işdən çıxarılandan üç il sonra həbs olunub. O zaman mərhum prezident Islam Karimov-un böyük qızı Gulnara Karimova barəsində təhqiqatla əlaqədar bir sıra məmurlar təqib olundu.

Vaxtilə atası Islam Karimov-un mümkün varisi sayılan Karimovanın adı İsveç və İsveçrədə çirkli pulyuma təhqiqatlarında hallandırılıb. Karimova Özbəkistanda maliyyə cinayətlərində təqsirli bilinib.

O, 2014-cü ildə, hələ atası hakimiyyətdə ikən ölkədə ev dustağı edilib. Karimov 2016-cı ildə vəfat edincə Mirziyoev vəzifəyə keçib.

2017-ci ilin dekabrında 10 il həbsə məhkum edilən Karimova-nın cəzası bir neçə ay sonra ev dustaqlığına dəyişdirilib, beş ilə salınıb.

Martın əvvəlində isə Özbəkistan Baş Prokurorluğu bildirib ki, Daşkənd məhkəməsi Karimova-nın ev dustaqlığının şərtlərini pozduğunu aşkarlayıb, onu yenidən həbsə göndərib.

15il baş prokuror vəzifəsində çalışmış Qodirov Karimova-ya 2014-cü ildə ilkin ittiham irəli sürüləndə də vəzifədə idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG