Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Vəkilin müraciətinə mayın 30-da baxılacaq


Polis

«Vəkil kimi hüquqlarımın bərpasına Nərimanov Rayon Məhkəməsində baxılacaq».

Bunu AzadlıqRadiosuna vəkil Yavər Hüseyn bildirib. Onun sözlərinə görə, məhkəmə baxışı mayın 30-u saat 15:00-a təyin edilib.

Y.Hüseyn Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvləri İlyas AbdullayevYavər Mikayılovun vəkilidir.

Onlardan mayın 18-dən xəbər yoxdur. Vəkil bildirib ki, həmin şəxslərin saxlanaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı güman edilir. Amma vəkilin vurğulamasına görə, dəfələrlə həmin idarəyə getsə də, hüquqlarını qoruduğu şəxslərlə görüşə bilməyib. Y.Hüseyninin qeyd etməsinə görə, həmin idarədən ona bildiriblər ki, hüquqlarını müdafiə etdiyin şəxslər burada saxlanmır.

Vəkil məsələ ilə bağlı baş prokurorluğa da müraciət edib.

Y.Hüseyn müdafiə etdiyi şəxslərlə görüşə bilməməsini həm onların, həm də özünün hüquqlarının tapdalanması sayır və bu səbəbdən də məhkəməyə üz tutub.

Azərbaycan Xalq Hərəkatından (AXH) verilən məlumata görə, son həftələr onların onlarla fəalları saxlanıb, sonradan həmin şəxslərin hamısı sərbəst buraxılsa da, İdarə heyətinin iki üzvündən xəbər tuta bilmirlər. Hərəkət baş verənləri təzyiqlər kimi dəyərləndirir.

Vəkilin, AXH-nın açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların deməsinə görə, ölkədə heç kim dinc, sivil siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG