Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Kabildə mikroavtobus partladılıb, 10 yaralı var


Mayın 24-də məsciddə partlayış törədilmişdi

Əfqanıstanın paytaxtı Kabildə hökumət işçilərini daşıyan mikroavtobusda quraşdırılmış bomba partlayıb, 10 nəfər yaralanıb.

Hadisə mayın 27-də səhər baş verib. Avtobus Dini İşlər Nazirliyinin əməkdaşlarını işə aparırmış.

Yaralılardan birinin durumunun ağır olduğu bildirilir.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq Taliban və İslam Dövləti qruplaşması yaraqlıları Kabildə tez-tez hücumlar təşkil edir.

Ötən həftə Kabildə məsciddə törədilmiş hücumda məscidin axundu daxil üç nəfər öldürülmüş, azı 20 nəfər yaralanmışdı.

XS
SM
MD
LG