Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:31

Prezident İstiqlaliyyət abidəsini ziyarət edib


İ.Əliyev İstiqlaliyyət abidəsi önündə. 27 may 2019

Bu gün, mayın 27-də prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı abidənin önünə əklil qoyub.

Sabah, mayın 28-də Azərbaycanda Respublika Günü qeyd ediləcək.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə Cümhuriyyət süqut edib. 1991-ci ildə elan edilən Azərbaycan Respublikasının XC-nin varisi olduğu açıqlanıb.

Multimedia

XS
SM
MD
LG