Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 14:08

NASA 2024-cü ilədək astronavtları Aya göndərmək istəyir


Apollo X missiyası, iyun, 1969-cu il

NASA bildirir ki, son onillər ərzində Aya ilk yeni missiya 2020-ci ildə gerçəkləşəcək, astronavtlar isə dörd il sonra Aya enəcək.

Birləşmiş Ştatların kosmik agentliyi “Artemis” adlı proqramını mayın 23-də açıqlayıb.

NASA rəhbəri Jim Bridenstine deyib ki, proqramın birinci mərhələsində heyətsiz missiya 2020-ci ildə Aya enəcək. Bu mərhələ Artemis 1 adlanır.

Sonrakı missiyalar 2022-ci ildə gerçəkləşə, astronavtlar isə Ayın səthinə 2024-cü ildə enə bilər. Missiyanı ilk dəfə olaraq qadının da daxil edilməsi planlaşdırılır.

“Artemis” adı yunan mifologiyasından gəlir: o, ov, ay ilahəsi, həm də tanrı Apollo-nun bacısı olub. NASA-nın 1960-70-cillərdə Aya missiyaları Apollo adlanırdı.

NASA-nın rəhbərliyi ilə planlaşdırılan missiyalardan başqa, 2022-2024-cü illərdə Aya tikinti avadanlığı daşıyacaq daha beş göndəriş planlaşdırılır. Ayda “Darvaza” adlı ministansiyanın quraşdırılması gözlənir.

Bu missiyaları NASA-dan kontrakt udmuş özəl şirkətlər həyata keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG