Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 21:06

İndoneziyada iğtişaşlarda 6 nəfər öldürülüb


İndoneziyada etirazçı

İndoneziya Prezidenti Joko Widodo paytaxt Cakartada durumun nəzarət altına alındığını deyir. Onun seçki rəqibinin tərəfdarlarının qaldırdığı iğtişaşlarda altı nəfər öldürülüb.

Toqquşmalar ötən gecə başlanıb, keçmiş general Prabowo Subianto-nun tərəfdarları seçki orqanının şəhər mərkəzindəki ofisinə girməyə çalışıblar. On ikidən artıq avtomobil yandırılıb, etirazçılar polisə Molotov kokteylləri atıblar, polis isə gözyaşardıcı qaz, su şırnağı, rezin güllələrlə cavab verib.

Subianto 17 aprel seçkisinin rəsmi nəticəsini qəbul etməyib, özünü seçkinin qalibi elan edib. Seçki komissiyası dünən – mayın 21-də Widodo-nun səslərin 55,5 faizini yığdığını elan edib.

Keçmiş diktator Suharto-ya bağlı ailədən olan Subianto 2014-cü ildə də Widodo-ya uduzmuşdu. O, Suharto 1998-ci ildə devriləndən dörd dəfə prezidentliyə namizədliyini verib, hər dəfə də uduzub.

Günün bütün mövzuları

XS
SM
MD
LG