Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:47

Əfqanıstanda raket zərbəsində azı 9 polis əməkdaşı öldürülüb


Helmandda etiraz aksiyası, arxiv fotosu

Əfqanıstanda raket zərbəsində azı 9 polis əməkdaşı təsadüfən qətlə yetirilib, onların içində polis komandiri də var. Hadisə ölkənin cənubundakı Helmand vilayətində Talibanla döyüş zamanı baş verib.

Yerli rəsmilərin bildirməsinə görə, mayın 16-da Nahr-e Saraj bölgəsinə endirilən zərbə zamanı 14 polis əməkdaşı yaralanıb.

Helmandın valisi Mohammad Yasin insidentin araşdırıldığını bildirib.

Onun sözçüsü Omar Zwak deyib ki, xarici qüvvələr zərbəni Taliban yaraqlılarını ərazidən çıxarmağı hədəfləyən əməliyyat zamanı endiriblər.

Silahlı qruplaşma bəyanatında hücuma görə ABŞ qüvvələrinin məsuliyyət daşıdığını bildirib.

Hələlik, Əfqanıstandakı NATO missiyası, yaxud ABŞ ordusunu məsələni şərh etməyib.

Taliban Qətərdə Birləşmiş Ştatlarla sülh danışıqları aparmasına baxmayaraq, əfqan və xarici qüvvələrə hücumları da davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG