Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:17

Guaido Norveçdə danışıqlar aparıldığını təsdiqləyir


Juan Guaido

Venesuelanın müxalifət lideri Juan Guaido Norveçə danışıqlara təmsilçilər göndərdiyini təsdiqləyib. Ancaq o, Prezident Nicolas Maduro hökumətilə birbaşa danışıqlar aparılmadığını deyib.

“Norveçdə bəzi elçilər var”, – Guaido mayın 16-da Karakasda tərəfdarları qarşısında çıxışında deyib.

Onun sözlərinə görə, Norveçdə tərəflər böhranla bağlı vasitəçiliyə çalışırlar, ancaq razılaşma əldə olunmayıb, hökumətlə üzbəüz danışıqlar da keçirilməyib.

“Norveçin sülh proseslərində və dialoq təşəbbüslərində iştirakını nə təsdiqləyə, nə də inkar edə bilərik”, – Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Ane Haavardsdatter Lunde “AFP”yə deyib.

Rusiya, Çin və Kubanın dəstəklədiyi Maduro 2013-cü ildə Hugo Chavez öləndən sonra hakimiyyətə gəlib. Müxalifət ötən ilin mayında keçirilmiş seçkini boykot edib, nəticələrin saxtalaşdırıldığını bildirib.

Milli Assambleya rəhbəri olan müxalifət lideri Juan Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Birləşmiş Ştatlar daxil, 50-dən artıq ölkə onu dəstəkləyir.

Ordu indiyədək Maduro-ya sadiq qalıb və minlərlə adamın küçələrə çıxmasına baxmayaraq, onu devirmək asan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG