Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

AB parlamentinə seçkilər nəyi dəyişə bilər


AB parlamentinin üzvləri
AB parlamentinin üzvləri

Gələn həftə avropalılar Avropa Birliyinin (AB) yeni parlamentini seçəcəklər. “Reuters” agentliyi bu seçkinin əhəmiyyətindən söz açır.

Mayın 23-dən 26-dək AB-nin 28 üzv ölkəsində 427 milyon seçici səs verəcək. Onlardan 50 milyona yaxını martda birliyi tərk etməli olan Britaniya vətəndaşlarıdır. Parlamentdə onlar 73 deputat seçə bilərlər.

Avropalılar parlamentin 751 üzvünü seçir. Bu parlament Brüssel və Strasburqda yığışır. Qurum beş il ərzində Avropa Komissiyasının təklif etdiyi qanunları qəbul edəcək. Bu qanunları sonrada AB Şurasındakı hökumətlər təsdiqləməlidir.

Ziddiyyətli məsələlər

Parlamentdə Almaniyanın 96, Kipr, Estoniya, Luksemburq, Malta kimi kiçi ölkələrin hərəsinin altı yeri var.

AB-nin bayrağı
AB-nin bayrağı

Qanunverici qurumun qarşısında duran məsələlər sırasında xərcləmələr, iqlim dəyişikliyi, əmək hüquqları və sairədir. AB-də fikir ayrılığı yaradan məsələlərdən biri də qaçqınlarla bağlıdır. Millətçilər 2015-ci ildəki qaçqın axınına görə AB-ni günahlandırırlar.

Federalistlər miqrasiyanı yalnız əməkdaşlığın cilovlaya biləcəyini deyirlər. Macarıstan və Polşa kimi şərq ölkələri liderləri miqrantlara görə Brüsseli tənqid edir. Brüssel isə Varşava və Budapeştin AB-nin demokratiya qaydalarına zərbə vurmasından şikayətlənirlər. Hətta bu ölkələrə AB subsidiyalarının kəsilməsi məsələsini də qaldıranlar var.

Bəziləri Britaniyada seçkini Breksitlə bağlı yeni referendum da sayırlar. Onların fikrincə, bu seçki ölkənin birlikdən çıxmasını dayandıra, yaxud onu sürətləndirə bilər.

Hazırda AB parlamentində səkkiz partiya qrupu var. Sağ- mərkəzçi Avropa Xalq Partiyası (EPP) 217 mandata malikdir. Bu partiya sol-mərkəzçi Sosialistlər və demokratlar (186 yer) və ALDE liberalları (68) ilə əməkdaşlıq edərək çoxluğu təmin edir.

Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker
Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker

Çəkişmə gözlənir

AB-nin icraedici Komissiyasının rəhbəri Jean-Claude Juncker-dir. Seçkidən sonra Parlament ilə Şura arasında tarixi çəkişmə gözlənir. Parlament vəd edib ki, qalib partiyanın əsas namizədinin Juncker-in varisliyinə əsas namizəd elan olunmasına çalışacaq. Fransa Prezidenti Emmanuel Macron kimi liderlər isə buna boyun əyməyəcəklərini deyiblər. Parlament isə Şuranın Komissiyaya namizədini rədd eləyə bilər.

AB-ni kimin idarə etməsi isə mürəkkəb məsələdir. Hökumətlər aparıcı vəzifələrə öz müttəfiqlərinin keçməsinə çalışırlar. İki böyük dövlət olan Almaniya və Fransa böyük çəkiyə malikdir, ancaq kiçik ölkələr də təşəbbüsü ələ ala bilərlər. Məsələn, AB-nin üçüncü rəsmisi sayılan Juncker kiçik Luksemburqdandır.

Bu seçki nəyi dəyişə bilər? Avroskeptiklərin son irəliləyişi parlamentdəki azlığı böyüdə bilər. Ancaq AB ilə bağlı optimist düşünənlərin fikrincə, Breksitdən sonra AB-ni toparlamaq cəhdlərinin nəticə verməsi mümkündür. Rəy sorğuları ifrat sağçıların qanunverici orqanda çəkisini artıra biləcəyini göstərir, ancaq onlar AB-yə meydan oxuya biləcək səviyyədə dəstək qazanmaya bilərlər. “Heç bir düşərgənin, Avropada daha sıx inteqrasiyaya tərəfdarlarının, yaxud bunun əleyhinə olanların nokaut zərbəsi endirəcəyi həqiqətəuyğun görünmür”, – agentik yazır.

XS
SM
MD
LG