Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Komissiya: Dolu taxıl sahələrini yatırdıb


Dolu

«Mayın 13-də dolu Xaçmaz rayonuna xeyli ziyan vurub».

Bunu rayon icra hakimiyyətindəki Fövqəladə hallar komissiyasından bildiriblər.

Komissiyadan verilən məlumata görə, Xaçmaz rayon mərkəzi də daxil olmaqla 87 yaşayış məntəqəsi bundan əziyyət çəkib: «Evlərin dam örtüklərinə ziyan dəyib. Əkin sahələri də zərər görüb. Kənd var ki, dolu taxıl sahələrini yatırdıb. Ağacların çiçəkləyən vaxtı idi, meyvəçilik də bundan müəyyən ziyan görə bilər».

Komissiyadan həmçinin bildirilib ki, hələlik, ziyanın həcmi tam müəyyən edilməyib. Amma oradan vurğulandığına görə, bu istiqamətdə işlər mayın 15-nə başa çatdırılmalıdır.

Xatırlatma

Son həftədə Azərbaycanın bir sıra rayonlarına dolu düşüb. Mayın 13-də isə Xaçmaza dolu yağması təqribən 5 dəqiqəyə kimi davam edib.

Buz dənələrinin başqa yerlərə nisbətən Xaçmazda daha iri olduğunun müşahidə edildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG