Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:24

Nazirlikdən balıqçılara çağırış


Ekologiya və Təbii Sərvətlər Nazirliyi

«İndi balıqların kürütökmə dövrü olduğundan sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlərin yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq».

Bunu mayın 13-də jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

İ.İbrahimova qeyd edib ki, ETSN qanunsuz balıq ovu ilə bağlı tez-tez reydlər keçirir və toplanan materiallar tədbir görülməsindən ötrü hüquq-mühafizə orqanlarına göndərilir. Onun deməsinə görə, təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Mətbuat katibi əlavə edib ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir.

Xatırlatma

Nazirlər Kabinetinin təsdiq etdiyi «Balıq və digər su bioresursları ovunun Qaydaları»na əsasən, daxili su hövzələrində aprelin 1-dən, Xəzər dənizində isə mayın 1-dən sentyabrın 1-dək sənaye balıq ovuna qadağa qoyulur.

Qadağaya əməl etməyənlərə cərimə tətbiq edilir. Əgər bu qanunsuzluq təkrarən baş verərsə, cərimənin miqdarı arta və yaxud 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG