Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:30

Yanacaq tankeri partlayıb, 55 nəfər ölüb


Foto illüstrasiya

Nigerin paytaxtı Niameydə yanacaq tankeri aşıb, 55 nəfərin öldüyü xəbər verilir. Dağılmış yanacağı isə ətrafdakı adamlar yığmağa çalışırlar.

Niamey beynəlxalq aeroportu yaxınlığında baş vermiş partlayış nəticəsində yaxınlıqdakı evlər də alışıb.

Ölkənin Daxili İşlər Nazirliyi 36 nəfərin xəsarət aldığını bildirir.

Bir şahid azı 40 ölü gördüyünü deyib, belə ki, qəfil partlayış baş verən zaman tanker ətrafında motosiklet sürənlər, xeyli adam olub.

Şahidlər qəza yerinə yığılmış şəxslərin tankerdən axan yanacağı yığmağa çalışdığını xəbərləyir.

Afrikanın qərbində yoxsul ölkə olan Niger qonşusu, böyük neft istehsalçısı olan Nigeriyadan yanacaq qaçaqçılığının kökünü kəsməyə çalışır.

XS
SM
MD
LG