Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:45

SpaceX-in Dragon kapsulu kosmik stansiyaya yük çatdırıb


Beynəlxalq Kosmik Stansiyaya yük çatdırılır, 6 may, 2019-cu il

Birləşmiş Ştatların SpaceX özəl şirkətinə məxsus heyətsiz gəmi Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdırıb.

Dragon kapsulu mayın 6-da BKS-ya çatıb. O, iki gün öncə Floridadakı Cape Canaveral kosmik mərkəzindən buraxılmışdı. https://www.spacex.com/dragon

Kapsul 2 min 500 kiloqramlıq avadanlıq aparıb. Hazırda BKS-da üç amerikalı, iki rusiyalı, bir kanadalı astronavt var.

Kanadalı David Saint-Jacques kosmik stansiyanın robot qolunu idarə edib və kapsul da həmin qol vasitəsilə stansiyaya birləşib.

SpaceX 2012-ci ildən bəri BKS-ya 17 dəfə yük aparıb.

BKS-ya ABŞ-ın NASA kosmik agentliyi üçün Northrup-Grumman şirkətinin hazırladığı Cygnus gəmisi iki həftə öncə yük çatdırıb.

Bundan başda Rusiyanın hazırladığı Progress gəmisi də stansiyaya yükdaşıma missiyaları gerçəkləşdirir.

XS
SM
MD
LG