Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:41

Bəşəriyyətin 9%-nin azad mediası var


Karikatura
Karikatura

Dünya əhalisinin 10 faizindən də azı jurnalistlərin əlverişli mühitdə çalışdığı, öz peşəsindən azad və müstəqil şəkildə yararlandığı ölkələrdə yaşayır. Bunu Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Dünya Mətbuat Azadlığı Günündə bildirib.

Bəşəriyyətin vur-tut 9 faizi RSF-in media azadlığını yaxşı, yaxud qənaətbəxş dəyərləndirdiyi ölkədə yaşayır. Bu ölkələr Dünya Mətbuat Azadlığı Xəritəsində ağ və sarıyla rənglənib. Xəritə RSF-in aprelin 18-də açıqladığı Ümumdünya Mətbuat Azadlığı İndeksinə əsasən hazırlanıb.

Dünya əhalisinin 74 faizi xəritədə qara-qırmızıyla rənglənmiş ölkədə yaşayır. Yəni bu ölkələrdə mətbuat azadlığının durumu çətin, yaxud çox ciddi hesab olunub. Həm də bu durum təkcə Çin, Rusiya, Səudiyyə Ərəbistanı deyil, Meksika və Hindistan kimi demokratiyalarda da qeydə alınır.

Buraya narıncı rəngli, yəni durumun problemli olduğu ölkələr də əlavə olunsa, rəqəm 91 faizə yüksələr.

Christophe Deloire
Christophe Deloire

Təkcə jurnalistlər üçün deyil...

“Bəşəriyyətin böyük problemlərindən heç biri – nə qlobal istilik, nə korrupsiya, nə gender bərabərsizliyi azad və müstəqil şəkildə hazırlanan və etibarlı sayılan informasiya, yəni keyfiyyətli jurnalistika olmadan mümkündür”, – RSF-in baş direktoru Christophe Deloire deyib.

“Bu durum jurnalistlər üçün, hər şeydən öncə, informasiya hüququndan məhrum edilən insanlar üçün narahatedicidir”, – o, sözlərinə əlavə edib.

Rəqəmlər Dünya Bankının əhali statistikasına və RSF-in 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksinə uyğun hazırlanıb. Mətbuat azadlığının ilbəil pisləşdiyi, qlobal mətbuat azadlığı indikatorunun isə son beş ildə 11% gerilədiyi vurğulanır.

Pisləşmənin bir səbəbi də RSF-in indeksində aşağı mövqeləri tutan bəzi ölkələrin demoqrafik çəkisi ilə əlaqədardır. Məsələn, 140-cı yerdə olan Hindistan xəritədə qırmızıya bürünüb, 177-ci yeri tutan Çin qaraya boyanıb və üst-üstə bu iki ölkənin 2,7 milyard əhalisi var.

İndeksdə birinci yeri tutmuş Norveçdə isə cəmi 5,2 milyon nəfər yaşayır.

RSF Dünya Mətbuat Azadlığı İndeksini 2002-ci ildən hazırlayır, 180 ölkədə mətbuatın durumunu dəyərləndirir.

Azərbaycan indeksdə 180 ölkə içində 166-cı yeri tutub və xəritədə qara zolağa düşüb. Hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç bir jurnalistin peşəsinə görə təqibə məruz qalmadığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG