Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:20

İspaniyada seçkidə sosialistlər önə çıxır


İspaniyada baş nazirin seçki plakatı

İspaniyada parlament seçkisində hakim Sosialistlər partiyası önə çıxıb. Ancaq hakimiyyətdə qala bilmək üçün onlara digər partiyaların dəstəyi gərək olacaq.

Bülletenlərin 90 faizi sayılandan sonra Baş nazir Pedro Sanchez-in Sosialistlər partiyasının səslərin 30 faizə qədərini topladığı üzə çıxıb. Xalq Partiyası ikinci ola bilər, ancaq parlamentin 350 yerlik aşağı palatasında sahib olduğu yerlərin yarıya qədərini itirəcək.

Xalq Partiyası yerlərini sağ-mərkəz Vətəndaşlar partiyasına və ifrat-sağ Vox partiyasına uduzub. Vox partiyası səslərin 10 faizə qədərini yığaraq ilk dəfə olaraq parlamentə düşəcək. Həm də ifrat sağçı bir partiya son 40 ildə ilk dəfədir parlamentdə təmsil olunur.

37 milyonluq elektoratı olan ölkədə seçici fəallığı öncəki seçkilərdən yüksək, 75 faizdən yuxarı olub.

Sanchez-in Sosialist İşçilər Partiyası isə hakimiyyətini davam etdirmək üçün ifrat-solçu, iqtisadi qənaət tədbirlərinə qarşı çıxan Podemos, Birgə Biz Bacararıq partiyasına, eləcə də kiçik partiyalara bel bağlamalı olacaq.

XS
SM
MD
LG