Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti proqnozlaşdırılır.
Aprelin 27-də Azərbaycanın əksər bölgələrində də havanın yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təxmin edilir.