Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:03

Əfqanıstan sülh danışıqları yenə ertələndi


Əfqanıstanda danışıqlara hazırlıq gedir, 10 aprel, 2019-cu il

Əfqanıstan hökumətilə Taliban arasında sülh danışıqları yenə təxirə salınıb. Səbəb Qətərdə keçirilməsi planlaşdırılan danışıqlara göndərilən nümayəndə heyətlərinin ölçüsü barədə mübahisələrdir.

Vaşinqton tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb.

Aprelin 19-na gözlənən danışıqlar Əfqanıstandakı müharibənin sona çatdırılması yolunda ilk vacib addım sayılırdı.

Əfqanıstan hökuməti aprelin 18-də verdiyi bəyanatında danışıqların pozulmasına görə Qətər hökumətini günahlandırıb.

Ancaq Dohada danışıqları təşkil edən təşkilatın rəhbəri deyib ki, mübahisə nümayəndə heyətlərinin miqyası və tərkibilə bağlı narazılıqdan yaranıb.

Prezident Ashraf Ghani administrasiyası danışıqlara 250 nəfərlik nümayəndə heyəti göndərəcəyini demişdi.

Taliban isə siyahını tənqid edərək bu qədər adamla görüşməyəcəyini açıqlayıb.

Siyahını nümayəndə heyətinə salınmayan bəzi müxalifətçilər də tənqid edirdi.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad danışıqların təxirə salınmasından məyusluğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG