Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:48

Bakıda yağış, rayonlarda dolu, qar gözlənir


Yağış

Aprelin 19-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz onun mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 6-8, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 19-da Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG