Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyun, Cümə axşamı, Bakı vaxtı 21:24

Daha 12 teatra maddi yardım ediləcək


İ.Əliyev

Prezident İlham Əliyev aprelin 17-də «Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında» Sərəncam imzalayıb.

Sərəncamla 12 teatra maddi yardım göstərilir. Bu, Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması, dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədi ilə izah olunur.

Sənədə əsasən hər bir teatra 100 min manat verilməlidir. Bura Azərbaycan Dövlət «Yuğ» Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı və bir sıra regional teatrlar daxildir. Onlar Şəki, Ağdam, Füzuli, Qazax dövlət dram teatrları, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax rayonu Gürcü Dövlət Dram Teatrıdır. Gəncə, Qax və Salyan dövlət kukla teatrlarının hər biri də 100 min manat alacaq.

Dövlət başçısı ötən ay, martın 5-də də bəzi teatrlara maddi yardım göstərilməsindən ötrü Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1.8 milyon manat ayırmışdı.

Prezident martın 11-də isə teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamda yazılırdı ki, dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 50 faiz artırılsın.

Xatırlatma

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşmüşdülər.

Bu zaman onlar bəzi problemlərini ölkə başçısının diqqətinə çatdırmışdılar. Həmçinin, teatrda çalışanların maaşlarının azlığı məsələsinə toxunulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG